BAKI, 13 yanvar — Sputnik. Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə 57 nəfər kafedə yediyi yeməkdən zəhərlənib.
Sputnik Azərbaycanvesti.ru-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər təcili xəstəxanaya yerləşdiriliblər. Həkimlər sözügedən kafedə sanitar qaydalar düzgün olmadığı üçün xəstələrin salmonella bakteriyasına yoluxduğunu bildiriblər.
Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağır olaraq qiymətləndirilir.
Kafenin fəaliyyəti dayandırılıb. Polis araşdırmalara başlayıb.