CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda qadını ölənə kimi döydülər

Anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Lənkəranda qadının ölümü ilə nəticələnən döyülmə hadisəsi olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Lənkəran rayonu Liman şəhər sakinləri 1949-cu ilə təvəllüdlü Humay Qarayeva və onun qızı 1972-ci il təvəllüdlü Samirə Miriyeva naməlum şəraitdə naməlum şəxslər tərəfindən şəraitdə döyülüblər. 

Hər iki şəxs dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Döyülən H.Qarayeva və S.Miriyevanın vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən dərhal sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.

Samirə Miriyeva ağır kəllə-beyin travması aldığından bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

Hazırda döyülmə faktı ilə bağlı araşdırmalar aparılır.