HADİSƏ

Planetin bir hissəsi donur, digər tərəfdə isə...

Kembelltaunun həndəvərində istinin yaratdığı şokdan həlak olmuş minlərlə yarasanın qalıqları aşkar edilib
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Bu həftə Avstraliyada hökm sürən güclü istilər minlərlə yarasanın həlakına səbəb olub. Sputnik Azərbaycan bu barədə LiveScience-ə istinadən məlumat verir.

"Bu istidə yarasalar elə havada "bişirlər". 44 dərəcə Selsi istidə onların beyinləri, sözün əsl mənasında, bişir. Nəticədə onlar özlərinə nəzarəti itirirlər və istiqaməti müəyyən edə bilmirlər" — deyə Kembelltaun şəhərindən olan Keyt Rayan bildirib.

Rayanın hesablamalarına görə, yalnız Kembelltaunun həndəvərində istinin yaratdığı şokdan həlak olmuş minlərlə yarasa qalıqları aşkar edilib.