VİDEO

Ölkəmizdə ən yaşlı avtomobil həvəskarı

Aslan İsmayılovun kiçik yaşlarından avtomobillərə, texnikaya böyük marağı olub. Bu maraq onu yeniyetmə yaşlarında böyük imperiyanın "Göz yaşlarına inanmayan" paytaxtına aparıb çıxarıb.
Sputnik

Çalışdığı işdən, ahıl yaşından asılı olmayaraq onun avtomobillərə olan həvəsi heç vaxt azalmır. Hazırda Aslan İsmayılovun çardağında yan-yana 3 avtomobil dayanır ki, hərəsi bir tarixdir.

Onlardan ən qədimi 1954-cü il istehsalı olan Moskviç- 401 avtomobilidir ki, istehsalından 60 ildən çox müddət keçməsinə baxmayaraq, bu gün də saz vəziyyətdə hərəkət edir. Qiymətinə gəlincə, ağsaqqal 63 yaşlı avtomobilinin 60 min manat dəyərində olduğunu deyir.