BAKI, 9 yanvar — Sputnik. Əməkdar artist Röya Ayxanın həmkarı, Əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib.
Vəkil Vamiq Şükürovun APA-ya verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail rayon Məhkəməsində baxılacaq.
R.Ayxan A.Bəylərin “ARB” telekanalının “Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
R.Ayxan həmkarından 50 min manat təzminat və A.Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.