TƏHLİL

Abbasov: “ABŞ İranı müharibəyə təhrik edir”

Politoloq Tofiq Abbasov deyir ki, ABŞ İran münasibətlərinin kəskinləşməsi yeni təhlükə ocaqlarının yaranmasına səbəb olacaq
Sputnik

Tofiq Abbasov: “İranın beynəlxalq sazişlərə riayət etməsi ABŞ-ın könlüncə deyil”
İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Tramp hələ seçki kampaniyası vaxtında bu qanunu ləğv edəcəyi barədə vəd vermişdi: 

“ABŞ-ın bəhanəsi budur ki, razılaşma İranın xeyrinədir. Həmçinin ABŞ İranın indiki rejimini qeyri-qanuni sayaraq onu müharibəyə təhrik edir”.