BAKI, 8 yanvar — Sputnik. Rusiya ordusu 2018-ci ildə ən yeni planlaşdırılan 500 kiloqram kalibrli "Drel" aviabombasını alacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya mediasına "Texmaş" ("Rostex"ə daxildir) konserninin baş direktoru Vladimir Lepin deyib.
"Bu, özühədəfləyən 500 kiloqram kalibrli döyüş elementlərindən ibarət avadanlıq planlaşdırılmış yeni bomba kassetinin baza nümunəsidir" — deyə o bildirib.
Onun sözlərinə görə, bombanın dövlət tərəfindən sınaqdan keçirilməsinə 2016-cı ildə başlanılıb və sınaqlar bu il başa çatacaq. Sınaqlar başa çatandan sonra bu bombanın orduya qəbulu planlaşdırılır.
Bir "Drel" bombası rəqibin bir atıcı batareyasını və ya tank kolonunu dayandırmağa qadirdir. Bu bombanı daşıyan təyyarə düşmənin hava hücumundan müdafiə zonasına daxil olmaya da bilər. Çünki bu döyüş ləvazimatı mühərrikinin olmamasına baxmayaraq, onlarla kilometrlik ərazini planlaşdırıla bilir.
Hədəfi vurmaq üçün daşıyıcısından 30 km-dən çox uzaqlaşmağa qadir olan "Drel"in dünyada analoqu yoxdur. Onun bir üstünlüyü də radarlar vasitəsilə təyin edilə bilməməsidir.