Trampın qülləsi yandı — FOTO

Yaralılar və ölənlər barədə dəqiq məlumat verilməyib
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Nyu-Yorkda "Trump-tower" göydələninin damında yanğın baş verib. Sputnik Azərbaycan bu barədə "Daily Mail"-ə istinadən xəbər verir.

Trump Tower-də yanğın, 8 yanvar 2018-ci il

Məlumata görə, yanğına binanın elektrik xətlərində yaranan qısaqapanma səbəb olub. Hazırda yanğın tamamilə nəzarətə alınıb.

Yaralılar və ölənlər barədə hələlik məlumat verilməyib.