İDMAN

Arda Turanın yeni komandası bəlli oldu!

“Barselona”da əsas heyətdə özünə yer tapa bilməyən futbolçu okeanın o biri tərəfini seçib
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Türkiyənin ən məşhur futbolçusu olan Arda Turanın yeni klubun adı açıqlanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözləntilərə baxmayaraq, Arda “Qalatasaray”a keçməyib.

“Barselona”da əsas heyətdə özünə yer tapa bilməyən futbolçu okeanın o biri tərəfini seçib. Arda Turanın bundan sonra Amerikanın MLS liqasının “Chicago Fire” komandasının formasını geyəcəyi açıqlanıb.

Amma hələlik müqavilənin şərtləri açıqlanmayıb.