HADİSƏ

Qaralov: "Bəzi bölgələrdə aktivləşmə müşahidə olunur"

"Həmin ərazilərdə çox saylı göllər var ki, onların suyu keçən il yaşayış evlərininin zirzəmilərini basıb"
Sputnik

BAKI, 5 yanvar — Sputnik. "Bu il "Şuşa şəhərciyi"ndə, "Savalan" yaşayış massivində, Qala qəsəbəsində "Dəmiryolu" və "Daş karxanası" adlanan ərazilərdə, Binəqədidə İbrahimov küçəsindən "Baksol"a gedən ərazidə subasma hadisələri qeydə alınıb".

Bakı Teleqülləsi ilə bağlı həyəcan siqnalı: təhlükəli vəziyyət yaranıb

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, Zabrat, Məhəmmədi, Goradil ərazilərdə çox saylı göllər var ki, onların suyu keçən il yaşayış evlərininin zirzəmilərini də basıb.

"Amma çoxsaylı müraciətlərin nəticəsində dövlət səviyyəsində tədbirlər görüldü, gölün ağzı açıldı və hazırda həmin ərazidə subasma qeydə alınmır. Güzdəkdə Daşagil gölündə bu ay subasma qeydə alınmayıb. Amma hazırda Savalanda, "Şuşa şəhərciyi"ndə, Binəqədidə, Masazırdakı Zəli gölündə aktivləşmə müşahidə edilir" — Ə.Qaralov bildirib.