CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ləğv edilmiş dövlət idarəsinin əmlakı satılır

Qurumun Nardaran qəsəbəsində və Hacıqabul rayonunda olan müəssisələri hərraca çıxırılır
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Respublikanın şəhər və rayonlarında ləğv edilmiş "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin əmlakı təkrar hərraca çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Dövlət qurumlarının avtomobilləri satışa çıxarıldı - 250 manatdan başlayan qiymətlər

Bildirilib ki, "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin (İB) Nardaran qəsəbəsində və Hacıqabul rayonunda olan müəssisələri hərraca çıxırılır. Hərrac Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində təşkil edilir

Qeyd edək ki, "Azərxalça" İB-nin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsində yerləşən əmlak kompleksinin ümumi sahəsi 1455 kv. metrdir (torpaq sahəsi 7777 kvadratmetr) və ilkin olaraq 60 min manata hərraca çıxarılır. Hərracda iştirak etmək üçün ümumi məbləğin 10 faizi – 6000 manat beh olaraq verilməlidir. Torpaq sahəsi qiymətləndirilən əmlakın tərkibinə daxil deyil.

İstehsalat Birliyinin Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 1 ünvanında olan əmlak kompleksi isə 50 min manata hərraca çıxarılacaq.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN), Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş, ləğvetmə Komissiyası tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd, (10% məbləğində beh "Kapital Bank" ASC-nin Mərkəz filialındakı AZ32AIIB45019049440048941102 nömrəli tranzit hesablaşma hesabına ödənilməlidir), təqdim edilməlidir.

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.

Bakı şəhəri üzrə: Sifarışlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində qəbul olunur.