HADİSƏ

Ata qızlarını öldürüb intihar etdi

Yaxınlarının dedikərinə görə, uzun müddətdir ki, cütlüyün boşanma prosesi davam edir
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Türkiyədə ata iki qızını öldürdükdən sona özü də intihar edib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Maltepedə Əli Yardım boşanmaq ərəfəsində olduğu həyat yoldaşı ilə yaşayan iki 2-4 yaşlı qızlarını bir günlük evinə gətirərək əvvəlcə onları güllələyərək öldürüb, daha sonra isə intihar edib. 

Məlumata görə, onların meyidini anaları Dilək Yardım aşkar edib. Qızlarını atalarından almağa gələn qadın evdə onların cəsədləri ilə qarşılaşıb. Qadının səsinə yığılan qonşular polis və təcili yardım çağırıblar. Məlum olub ki, kişi həyat yoldaşından intiqam almaq üçün belə addım atıb.

Yaxınlarının dedikərinə görə, uzun müddətdir ki, cütlüyün boşanma prosesi davam edir. Əli Yardımın həftədə bir dəfə qızlaırnı görmək icazəsi olub.