Nostradamusun 2018 proqnozları: Böyük müharibə, dəhşətli zəlzələ, yandırıcı vulkan...

Fransa və Avropanın bəzi ölkələri hücuma məruz qalacaq. Uzun və dəhşətli müharibələr olacaq.
Sputnik

BAKI, 2 yanvar — Sputnik. 2018-ci ilə yenicə girdiyimiz bir vaxtda fransız astroloqu və kahini Mişel Nostradamusun proqnozları dünya mediasının gündəminə gəlib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Nostradamusun 2018-ci il üçün proqnozlarının çoxu qorxuludur.

Azərbaycan üçün dəhşətli proqnoz: Ölkədə qadın qıtlığı yaranacaq

11 sentyabr hadisəsini və Napoleonun taxt-taca sahib olmasını öncədən söyləyən və proqnozu düz çıxan bu münəccimin 2018-ci ildə baş verəcəkləri də əvvəlcədən gördüyü iddia edilir. Nostradamusun 2018-ci il üçün proqnozlarının çoxu qorxunc olsa da, aralarında yaxşı xəbərlər də var.

Nostradamus, Üçüncü Dünya Müharibəsinin başlayacağını iddia edərək deyib: "Fransa və Avropanın bəzi ölkələri hücuma məruz qalacaq. Uzun və dəhşətli müharibələr olacaq. Dünyanın ancaq bəzi ölkələri müharibəyə qoşulmayacaq. Dünyanın 2 böyük gücü arasında baş verəcək bu müharibə 27 il davam edəcək".

İddialara görə, Çin, Rusiya və Şimali Koreyanın ABŞ-a qarşı ittifaq qurub müharibəyə başlayacağı nəzərdə tutulur. Onsuz da, son zamanlar Şimali Koreya ilə ABŞ arasında gərginlik son dərəcə artıb.

Münəccimin fikrincə, İtaliyadakı Vezuvi vulkanının püskürməsi nəticəsində azı 6000 nəfər öləcək. Qeyd edək ki, Vezuvi vulkanının ətrafında təxminən 1.5 milyon adam yaşayır.

Beynəlxalq agentlikdən Rusiya üçün bədbin proqnoz

Nostradamus ABŞ-da dəhşətli zəlzələ olacağını da iddia edib. O, qeyd edib ki, zəlzələ ABŞ-in qərbinə təsir edəcək. Zəlzələnin effekti bütün ölkələrdə hiss olunacaq. Qeyd olunur ki, ABŞ-ın qərb hissəsindəki Kaliforniya ştatı seysmik qurşaqda yerləşdiyindən bu ərazidə 8 və ya daha yüksək ballı zəlzələ baş verəcək.

Nostradamus 2018-ci ildə yerə asteroid düşəcəyini də deyib: "Göy üzündən gələn asteroidin yaratdığı dəhşətə şahid olacağıq. Nüvə terroru və təbii fəlakət planetimizi məhv edəcək".

Kahin, iqtisadi baxımdan 2018-ci ilin qorxulu il olacağını da dilə gətirib. O buna səbəb kimi Üçüncü Dünya Müharibəsini göstərib.

Eyni zamanda, münəccimin yaxşı xəbərləri də var. O, bildirib ki, bu il ərzində elm inkişaf edəcək. Nostradamus alimlərin bu il insanın 200 ildən artıq yaşaya bilməsi üçün dərman hazırlayacaqlarını deyib.