Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: BRİKS bir çox ölkələr üçün cəlbedicidir

© Sputnik / Александр ЩербакRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 14.10.2024
Abunə olmaq
BRİKS dövlətlərarası assosiasiya 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliyanın səyləri ilə yaradılıb. 2011-ci ildə Cənubi Afrika, bu ilin əvvəlindən isə BƏƏ, Misir, İran, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-ə qoşulublar.
BAKI, 14 oktyabr — Sputnik. BRİKS bir çox ölkələr üçün cəlbedici bir birliyə çevrilib. Çünki o, qarşılıqlı hörmət əsasında əməkdaşlıq təklif edir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Qərbdə, məsələn, G7 kimi hətta güclənən ölkələrə belə qapılarını bağlı saxlayan qapalı klublar var. Söhbət Çin və Hindistandan gedir.
"BRİKS tamamilə bərabər, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı fəaliyyət və əməkdaşlıq təklif edən daha demokratik bir birlikdir" - Kreml nümayəndəsi qeyd edib.
Xatırladaq ki, BRİKS dövlətlərarası assosiasiya 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliyanın səyləri ilə yaradılıb. 2011-ci ildə Cənubi Afrika, bu ilin əvvəlindən isə BƏƏ, Misir, İran, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-ə qoşulublar.
Bundan əvvəl Dmitri Peskov Rusiyanın hansı sahədə ABŞ-la necə yaxşı əməkdaşlıq etdiyini açıqlamışdı.
Xəbər lenti
0