Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Beş aydır təmirə bağlanan 8 Noyabr prospektində işlər nə vaxt yekunlaşacaq?

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidYolların təmiri, arxiv
Yolların təmiri, arxiv - Sputnik Azərbaycan, 1920, 09.09.2024
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli yolun nə vaxt istifadəyə tam hazır olacağını açıqlayıb.
BAKI, 9 sentyabr — Sputnik. Bakının bir sıra yollarında təmir işləri aparılır. Uzun müddətdir əsaslı təmir olunan yollardan biri də 8 Noyabr prospektidir.
Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində təmir işlərinə mayın 23-dən etibarən start verilib və mərhələli şəkildə işlər davam etdirilir. Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 Noyabr prospektinə giriş tam bağlı olduğundan alternativ yol kimi Babək prospektindən istifadə olunur.
Məlum olduğu kimi, sentyabrın 15-də yeni tədris ili başlayır, həmçinin paytaxtda 13-15 sentyabr tarixlərində "Formula-1" avtomobil yarışlarının növbəti mərhələsi, eyni zamanda noyabr ayında COP29 tədbiri keçiriləcək.
Hər gün tıxaca səbəb olan təmir işləri nə zaman yekunlaşacaq? 8 Noyabr prospekti bu əlamətdar hadisələrə qədər hazır olacaqmı?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli yolun oktyabra qədər hazır olacağını deyib:

"Əsas işlərin dərs ilinin başlamasına qədər yekunlaşdırılması planlaşdırılır. Müəyyən hissələrdə təmir davam edəcək, amma tam olaraq yolun təmiri oktyabr ayınadək yekunlaşmalıdır".

Qeyd edək ki, layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində prospekt boyunca 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, ümumilikdə 10 km-ə yaxın velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir.
02.08.24, 10:46
Bakının hər yerini eyni anda qazıblar: 8 Noyabr prospekti tam bağlandı
Sabah saat 06:00-dan Bakının Xətai rayonunun 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur" - deyə məlumatda qeyd olunub.
30.07.24, 17:58
Zərifə Əliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 iyul saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
19.07.24, 16:38
Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bu gün saat 13:00-dan 23 iyul saat 13:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Bu barədə Sputnik Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Ə.Haqverdiyev küçəsi, Nazim Hikmət küçələrindən təşkil edilib.
İyulun 19-u saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində də (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 11 və 199 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nurəddin Süleymanov küçəsi və Təbriz küçəsindən təşkil ediləcək.
Xəbər lenti
0