Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyev texnogen qəza təhlükəsi yaratmaq kursunu seçib – Zaxarova

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Abunə olmaq
Moskva Kiyevi Enerqodara PUA hücumları kimi zərbələr endirmək imkanından məhrum etmək üçün hər şeyi edəcək.
BAKI, 23 iyun - Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına hücumları Kiyevin “texnogen qəza təhlükəsi yaratmaq” kursunu göstərir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Ukrayna Silahlı Qüvvələrinin iyunun 19 və 21-də Enerqodara hücumlarını şərh edib. O qeyd edib ki, Kiyev Rusiya iqtisadiyyatına ziyan vurmaq və bütün Avropa qitəsinin nüvə təhlükəsizliyini təhlükə altına qoya biləcək texnogen qəza riskləri yaratmaq kursu götürüb.
“Bunu Ukrayna tərəfinin Zaporojye AES-ə sistemli hücumları sübut edir”, - Zaxarova izah edib.
O qeyd edib ki, Moskva Kiyevi Enerqodara PUA hücumları kimi zərbələr endirmək imkanından məhrum etmək üçün hər şeyi edəcək.
İyunun 19-da məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Enerqodardakı “Luç” yarımstansiyasını tamamilə dağıdıb. Cümə günü ukraynalı yaraqlılar pilotsuz təyyarələrlə “Raduqa” yarımstansiyasını vurublar. Nəticədə transformator zədələnib. Sonradan məlum olub ki, Zaporojye AES-in infrastruktur obyektləri enerjisizləşdirilib.
Xəbər lenti
0