https://sputnik.az/20240630/rusiya-bas-prokurorlugundan-simal-axinlarindaki-terror-hucumu-ile-bagli-aciqlama-465118331.html
ABŞ-ın Şimal axınına hücumunun sübutu danılmazdır - Bundestaqın deputatı
ABŞ-ın Şimal axınına hücumunun sübutu danılmazdır - Bundestaqın deputatı
Sputnik Azərbaycan
Almaniya hökuməti öz ölkəsinin maraqlarına məhəl qoymur və Vaşinqtonun hərəkətlərini ört-basdır edir. 30.06.2024, Sputnik Azərbaycan
2024-06-30T22:20+0400
2024-06-30T22:20+0400
2024-07-01T09:34+0400
rusiya
"şimal axını-2"
baş prokurorluq
baş prokurorluq
partlayış
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434247989_0:54:3073:1782_1920x0_80_0_0_7f282aaf07469c5e3ab53827b5397e10.jpg
BAKI, 30 iyun — Sputnik. ABŞ-ın “Şimal axını”na hücumda iştirakı danılmazdır; bunu bir daha ASDP partiyasının üzvü Tomas Kryuqer sübut edib. O, Amerika kəşfiyyat xidmətlərinin “Şimal axını-2”nin tikintisinin başa çatmasının qarşısını almaq cəhdlərini açıqlayıb.Bunu Bundestaqın deputatı Şteffen Kotre “İzvestiya”ya şərhində deyib.Kotre qeyd edib ki, “yaşıl” qeyri-hökumət təşkilatları ətraf mühitlə bağlı narahatlıq adı altında Rusiya qazının Almaniyaya tədarükünün qarşısını almağa çalışıblar."Bu vəziyyət sayəsində ABŞ-ın hücumda iştirakını göstərən bir tapmacanın cavabı tapıldı, sübutlar danılmazdır" – deputat bildirib.Kotre vurğulayıb ki, Almaniya hökuməti öz ölkəsinin maraqlarına məhəl qoymur və Vaşinqtonun hərəkətlərini ört-basdır edir.Xatırladaq ki, 2022-ci ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş vermişdi. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Almaniyanın Ukrayna və Türkiyə üzərindən eyni yanacağı alsa da, Rusiyadan “Şimal axını” ilə qaz almaq istəməməsini məntiqsiz adlandırmışdı.03.06.24, 17:18Rusiya Baş Prokurorluğundan "Şimal axın"larındakı terror hücumu ilə bağlı açıqlamaRusiya Baş Prokurorluğu ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına Rusiya Federasiyasına qarşı törədilmiş terror aktları, o cümlədən "Şimal axını" partlayışları ilə bağlı əlavə sorğular göndərib,. Bu barədə qurumun rəsmi nümayəndəsi Andrey İvanov bildirib. "Rusiya Federasiyasının Baş Prokurorluğu Rusiya Federasiyasına və onun vətəndalarının maraqlarına zidd olaraq "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini zədələməklə törədilmiş terror aktları və bununla bağlı cinayət əməlləri ilə əlaqədar ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına əlavə sorğular göndərib", məlumatda deyilir. İvanovun sözlərinə görə, mövcud faktlara baxmayaraq, ABŞ, Kipr və Fransanın səlahiyyətli orqanları bu terror aktlarının törədilməsində maliyyələşdirmə və digər yardımların şərtlərini araşdırmayıblar və Almaniyanın səlahiyyətli orqanları Rusiya ilə əməkdaşlıq etmək üçün beynəlxalq öhdəliklərini yerinə yetirməkdən yayınırlar. Xatırladaq ki, bu ölkələr Terrorçuluğun qarşısının alınmasına dair Beynəlxalq Konvensiya və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanın iştirakçısıdırlar. "Onlar terrorizmin və onun maliyyələşdirilməsinin araşdırılması üçün tədbirlər görməyə, habelə bu cür qanunsuz əməllərin araşdırılmasına maksimum köməklik göstərməyə, o cümlədən proses üçün zəruri olan sübutların əldə edilməsinə kömək etməyə borcludurlar", - İvanov əlavə edib. Məlumata görə, əlavə sorğular bu dövlətlərin səlahiyyətli orqanlarının diqqətini terrorçuluq fəaliyyəti və onların maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi, qanunsuz fəaliyyət faktlarının araşdırılmasının təşkili və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlərin görülməsi zərurətinə yönəldir. Rusiya hüquq-mühafizə orqanlarının rəhbərləri bir müddət əvvəl bildirmişdilər ki, Qərb, ilk növbədə, NATO geostrateji məqsədlər üçün terrorçu qruplardan getdikcə daha çox istifadə edir, terrorçulara müasir silahlar ötürülür, izləmə və kəşfiyyat vasitələrinin qabaqcıl modelləri verilir, kəşfiyyat məlumatları ötürülür. Qeyd olunub ki, anqlosakslar terrorçulardan təkcə Rusiya Federasiyasına qarşı deyil, bütövlükdə MDB-yə qarşı - o cümlədən Mərkəzi Asiyada vəziyyəti gərginləşdirməklə də istifadə etmək niyyətindədirlər. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin sözlərinə görə, bu gün bir qrup Qərb dövlətinin acgöz, şər, rusofob siyasi qüvvələri tərəfindən Rusiyaya qarşı əsl hibrid təcavüz baş verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434247989_0:0:2731:2048_1920x0_80_0_0_15d49eb84fcc08c3d4c263afb93aed95.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"şimal axını-2", baş prokurorluq, baş prokurorluq, partlayış, partlayış
"şimal axını-2", baş prokurorluq, baş prokurorluq, partlayış, partlayış
ABŞ-ın Şimal axınına hücumunun sübutu danılmazdır - Bundestaqın deputatı
22:20 30.06.2024 (Yenilənib: 09:34 01.07.2024) Almaniya hökuməti öz ölkəsinin maraqlarına məhəl qoymur və Vaşinqtonun hərəkətlərini ört-basdır edir.
BAKI, 30 iyun — Sputnik. ABŞ-ın “Şimal axını”na hücumda iştirakı danılmazdır; bunu bir daha ASDP partiyasının üzvü Tomas Kryuqer sübut edib. O, Amerika kəşfiyyat xidmətlərinin “Şimal axını-2”nin tikintisinin başa çatmasının qarşısını almaq cəhdlərini açıqlayıb.
Bunu Bundestaqın deputatı Şteffen Kotre “İzvestiya”ya şərhində deyib.
Kotre qeyd edib ki, “yaşıl” qeyri-hökumət təşkilatları ətraf mühitlə bağlı narahatlıq adı altında Rusiya qazının Almaniyaya tədarükünün qarşısını almağa çalışıblar.
"Bu vəziyyət sayəsində ABŞ-ın hücumda iştirakını göstərən bir tapmacanın cavabı tapıldı, sübutlar danılmazdır" – deputat bildirib.
Kotre vurğulayıb ki, Almaniya hökuməti öz ölkəsinin maraqlarına məhəl qoymur və Vaşinqtonun hərəkətlərini ört-basdır edir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş vermişdi. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Almaniyanın Ukrayna və Türkiyə üzərindən eyni yanacağı alsa da, Rusiyadan “Şimal axını” ilə qaz almaq istəməməsini məntiqsiz adlandırmışdı.
Rusiya Baş Prokurorluğundan "Şimal axın"larındakı terror hücumu ilə bağlı açıqlama
Rusiya Baş Prokurorluğu ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına Rusiya Federasiyasına qarşı törədilmiş terror aktları, o cümlədən "Şimal axını" partlayışları ilə bağlı əlavə sorğular göndərib,. Bu barədə qurumun rəsmi nümayəndəsi Andrey İvanov bildirib.
"Rusiya Federasiyasının Baş Prokurorluğu Rusiya Federasiyasına və onun vətəndalarının maraqlarına zidd olaraq "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini zədələməklə törədilmiş terror aktları və bununla bağlı cinayət əməlləri ilə əlaqədar ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına əlavə sorğular göndərib", məlumatda deyilir.
İvanovun sözlərinə görə, mövcud faktlara baxmayaraq, ABŞ, Kipr və Fransanın səlahiyyətli orqanları bu terror aktlarının törədilməsində maliyyələşdirmə və digər yardımların şərtlərini araşdırmayıblar və Almaniyanın səlahiyyətli orqanları Rusiya ilə əməkdaşlıq etmək üçün beynəlxalq öhdəliklərini yerinə yetirməkdən yayınırlar. Xatırladaq ki, bu ölkələr Terrorçuluğun qarşısının alınmasına dair Beynəlxalq Konvensiya və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanın iştirakçısıdırlar.
"Onlar terrorizmin və onun maliyyələşdirilməsinin araşdırılması üçün tədbirlər görməyə, habelə bu cür qanunsuz əməllərin araşdırılmasına maksimum köməklik göstərməyə, o cümlədən proses üçün zəruri olan sübutların əldə edilməsinə kömək etməyə borcludurlar", - İvanov əlavə edib.
Məlumata görə, əlavə sorğular bu dövlətlərin səlahiyyətli orqanlarının diqqətini terrorçuluq fəaliyyəti və onların maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi, qanunsuz fəaliyyət faktlarının araşdırılmasının təşkili və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlərin görülməsi zərurətinə yönəldir.
Rusiya hüquq-mühafizə orqanlarının rəhbərləri bir müddət əvvəl bildirmişdilər ki, Qərb, ilk növbədə, NATO geostrateji məqsədlər üçün terrorçu qruplardan getdikcə daha çox istifadə edir, terrorçulara müasir silahlar ötürülür, izləmə və kəşfiyyat vasitələrinin qabaqcıl modelləri verilir, kəşfiyyat məlumatları ötürülür. Qeyd olunub ki, anqlosakslar terrorçulardan təkcə Rusiya Federasiyasına qarşı deyil, bütövlükdə MDB-yə qarşı - o cümlədən Mərkəzi Asiyada vəziyyəti gərginləşdirməklə də istifadə etmək niyyətindədirlər.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin sözlərinə görə, bu gün bir qrup Qərb dövlətinin acgöz, şər, rusofob siyasi qüvvələri tərəfindən Rusiyaya qarşı əsl hibrid təcavüz baş verib.