Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın yenilənmiş Arktika strategiyası gərginliyi artırmağa yönəlib - Rusiya XİN

© Sputnik / Наталья СеливерстоваRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, yenilənmiş strategiya Vaşinqtonun bu regionda maraqlarını təmin etmək üçün yanaşmalarında güc ssenarilərin üstünlük təşkil etdiyini göstərir.
BAKI, 24 iyul - Sputnik. ABŞ-ın yenilənmiş Arktika strategiyası açıq şəkildə regionda gərginliyi artırmağa yönəlib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz ABŞ Müdafiə Nazirliyinin bu yaxınlarda dərc etdiyi yenilənmiş Arktika strategiyası ilə tanış olduq, bu sənəd aydın şəkildə bu regionda hərbi-siyasi gərginliyi artırmağa yönəlib, sanki Vaşinqtonun etdikləri kifayət deyildi", Zaxarova bildirib.
O, vurğulayıb ki, yenilənmiş strategiya Vaşinqtonun bu regionda maraqlarını təmin etmək üçün yanaşmalarında güc ssenarilərin üstünlük təşkil etdiyini göstərir.
"ABŞ hərbi departamenti Pentaqonun dərc etdiyi strategiyada əksini tapmış Arktikada digər ölkələrin əməkdaşlığı məsələlərinə həyasızcasına müdaxiləsi xüsusi diqqət tələb edir. Təbii ki, Vaşinqton yenidən Rusiya ilə Çin arasında əməkdaşlıqdan narahatdır", XİN nümayəndəsi yekunlaşdırıb.
ABŞ Müdafiə Nazirliyinin dərc etdiyi yenilənmiş Arktika strategiyasına əsasən, ABŞ Arktikada Rusiya və Çin arasında artan qarşılıqlı əlaqəni izləyir və bundan narahatdır.
27.05.24, 09:29
Rusiya XİN: RF BMT-nin Arktika Konvensiyasının ləğvini qeyri-mümkün hesab edir
1982-ci ildə qəbul edilmiş BMT-nin Arktikada dəniz hüququ haqqında Konvensiyasına xitam vermək mümkün deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamentinin direktoru Maksim Musixin deyib.
Bundan əvvəl media yazırdı ki, Rusiya öz milli maraqlarını qorumaq üçün BMT-nin Arktika Konvensiyasında iştirakına yenidən baxa bilər.
Bu məlumatı şərh edən diplomat qeyd edib ki, sazişlərin icrasından imtina etmək mümkün deyil, çünki bir çox müddəalar digər sazişlərin, o cümlədən Şimal dəniz marşrutunun əsasını təşkil edir.
Musixin əlavə edib ki, BMT Konvensiyası Dünya Okeanında müxtəlif fəaliyyət növləri ilə bağlı dövlətlərin maraqlarının tarazlığını təmin edir.
“Hətta biz Konvensiyadan hipotetik çıxmağı fərz etsək belə, onun əksər müddəalarına yenə də beynəlxalq adətlər çərçivəsində əməl edilməlidir” – “RİA Novosti”nin həmsöhbəti sözünü yekunlaşdırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, “Arktika beşliyi” arasında təmaslar kəsilib, lakin bu, Rusiyanın təşəbbüsü ilə olmayıb. Qərb özü özünü ciddi problemləri inamın mövcud olacağı bir şəkildə müzakirə etmək imkanından məhrum edib.
Xəbər lenti
0