Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Azərsu" yay rejiminə keçdi: Bakıya su fasilələrlə veriləcək

© Sputnik / Elvin AhmadSu kranı
Su kranı - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Anar Cəbrayıllı deyib ki, ötən il "Azərsu" ASC yay rejiminə su ehtiyatları az olduğundan fevral ayından keçsə də, bu il may ayından keçib.
BAKI, 22 may — Sputnik. Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq yeni qrafikin tətbiqinə başlanılıb.
Qeyd edək ki, artıq Bakının bəzi ərazilərində suyun fasilələrlə verilməsi narazılığa səbəb olub. Nizami rayonu Bəhruz Nuriyev 51 ünvanında yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, axşam işdən gəldikdən sonra su tapmırlar. Yaxud da suyun təzyiqi kəskin aşağı düşdüyündən nasos qoşmalı olurlar. Sakinlər bildiriblər ki, su əsasən onlara axşam saatlarında lazım olur. İşdən yorğun halda evə gəldikdə isə işlətməyə su tapmırlar.
A.Cəbrayıllı bildirib ki, suyun verilməsində iki rejim tətbiq edilir. Bunlar qış və yay rejimidir.
"Texniki imkanların və su həcmlərinin az olduğu ərazilərdə yay rejiminə keçidlə bağlı fasiləli rejim tətbiq olunur. Bunlar əsasən Bakıətrafı ərazilər, qəsəbələr, yeni yaşayış massivləridir. Bu ərazilərdə suyun verilişi qrafiki fasilələrlə həyata keçirilir. Hətta Xətai və Binəqədi rayonun bəzi ərazilərində də gecə saatlarında anbar ehtiyatlarının toplanması məqsədilə suyun azaldılması öz həllini tapacaq" qurum sözçüsü deyib.
A.Cəbrayıllı onu da vurğulayıb ki, ötən il "Azərsu" ASC yay rejiminə su ehtiyatları az olduğundan fevral ayından keçsə də, bu il may ayından keçib. O, suyun verilmə rejimlərinin fərqli olduğunu bildirib.
"Qış mövsümündə elə ərazilər var ki, ora su 24 saat fasiləsiz verilir. Amma bəzi ərazilərdə suyun verilməsi gecə saatlarında dayandırılır. Anbar ehtiyatları toplanılır. Bəzi ərazilər də var ki, qışda 12 saat su verilirdisə, yayda 8 saat su verilir" - Anar Cəbrayıllı bildirib.
O, Nizami rayonunda və Xətainin bəzi küçələrinə verilən suyun təzyiqinin gecə saatlarında azaldıldığını təsdiqləyib: "Gündüz saatlarında mərkəzi anbardan daha böyük məhsuldarlığı olan aqreqatlar işləyir. Gecə saatlarında isə kiçik məhsuldarlı aqreqatlar işləyir. Xəttimizdə su olduğundan, həyət evləri və aşağı mərtəbələrdə su olur. Amma gecə saatlarında suyun verilişi azaldılır".
Anar Cəbrayıllı bildirib ki, problem yay aylarında suya tələbatın artması ilə əlaqədardır.
Xəbər lenti
0