Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələri Avdeyevka istiqamətində USQ-nin hücumunu dəf edib

© Sputnik / Mediabanka keçidRusiya hərbçiləri
Rusiya hərbçiləri - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Döyüşlər Donetskin Novokalinovo, Semyonovka, Petrovskoye, Netaylovo və Berdıçi qəsəbələri ərazilərində gedib.
BAKI, 16 aprel — Sputnik. Avdeyevka istiqamətində gedən döyüşlər zamanı Rusiya Ordusunun "Mərkəz" qoşun qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) səkkiz əks-hücumunu dəf ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunur ki, döyüşlər zamanı USQ 380-dən çox hərbçisini, piyada döyüş maşınını, iki avtomobilini və ABŞ-ın 155 millimetrlik "Paladin" özüyeriyən artilleriya qurğusunu itirib. Rusiya ordusu həmçinin 122 mm-lik "Qvozdika" özüyeriyən artilleriya qurğusunu və 3 ədəd 122 mm-lik D-30 haubitsanı məhv edib.
Döyüşlər Donetskin Novokalinovo, Semyonovka, Petrovskoye, Netaylovo və Berdıçi qəsəbələri ərazilərində gedib. Bu arada Ukrayna Silahlı Qüvvələrinin Donetsk istiqamətində itkiləri 630-a qədər hərbçi olub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
28.03.24, 23:58
Qərb Ukraynanın döyüş meydanında "fəlakətli" məğlubiyyətinə hazırlaşır
Kiyev uğrunda döyüş meydanındakı uğursuzluq Qərbi silah və sursata malik olmayan Ukrayna qüvvələrinin fəlakətli məğlubiyyətinə hazırlaşmağa vadar edir. Bu fikri Böyük Britaniyanın "The Times" qəzetinin köşə yazarı Yan Martin yazıb.
"Hadisələr London, Vaşinqton, Paris və Brüsseldəki hərbi və mülki liderləri Ukrayna qüvvələrinin fəlakətli şəkildə məğlubiyyəti ilə bağlı plan qurmağa vadar edir", o məqalədə yazır.
Martin deyib ki, heç bir tərəfin həlledici üstünlüyə nail ola bilməyəcəyi dondurulmuş münaqişə olduğuna dair məşhur inancın əksinə olaraq, cəbhə xəttində döyüşlər davam edir və Ukrayna qüvvələrinin geri çəkilmə riski var.
© AP Photo / Frank AugsteinLondon
Вид на Биг-Бен в Лондоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.03.2024
London
Martin deyir ki, bir il əvvəl vəziyyət tamamilə fərqli idi.

"O zaman ümid, yazda Ukraynanın ərazini geri almağa kömək edəcək əks-hücum əməliyyatına idi. Bu işə yaramadı... Ukraynanı ən güclü şəkildə dəstəkləyən hökumətlər açıq şəkildə narahatdırlar və ən pis ssenariləri nəzərdən keçirirlər", - köşə yazarı qeyd edir.

"Kabus ssenarisi" Rusiya qoşunlarının cənub və şərqdəki xətləri yardığı keçmiş hadisələrin təkrarlanmasıdır. Martin xatırladır ki, geri çəkilən Ukrayna qoşunları yalnız Rusiya Federasiyasının irəliləyişini ləngidə bilər, bundan sonra Rusiya hərbçiləri paytaxta yaxınlaşır və yeni qaçqın dalğası Ukraynanı tərk edir. Məqalədə deyilir ki, Rusiya qoşunlarının növbəti irəliləməsi Kiyev üçün fəlakətli olacaq və Qərbi çətin sınaqlarla üzləşdirəcək.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və "atəşlə oynayır". Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur.
Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0