Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MDB-nin Rusiya prezident seçkiləri üzrə müşahidə missiyasına o rəhbərlik edəcək

© Sputnik / Денис Абрамов / Mediabanka keçidSeçkilər
Seçkilər - Sputnik Azərbaycan, 1920, 12.02.2024
Abunə olmaq
Müşahidə missiyasınana rəhbərliyə namizədlik Birliyə üzv ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının qərarı ilə təsdiq edilib.
BAKI, 12 fevral — Sputnik. MDB baş katibinin müavini İlhom Nemətov qurumun Rusiya prezident seçkiləri üzrə müşahidəçilər missiyasına rəhbərlik edəcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB baş katibinin müavini İlxom Nemətov rəhbərlik edəcək. Onun namizədliyi Birliyə üzv ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının qərarı ilə təsdiq edilib" - məlumatda deyilir.
Seçkilər 2024-cü il martın 15-dən martın 17-dək keçiriləcək. Rusiya Federasiyası Kommunist Partiyasından (RFKP) Nikolay Xaritonov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) namizədi Leonid Slutski, Yeni İnsanlar Partiyasından Vladislav Davankov və öz namizədliyini irəli sürən Vladimir Putin iştirak edəcək. İlkin olaraq 33 namizəd Rusiya prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Onlardan bəziləri sonradan seçkilərdə iştirak etməkdən imtina edib, bir neçəsi sona qədər seçici imzalarını toplamağa çalışıb.
08.02.24
Rusiya Respublikasında keçiriləcək prezident seçkiləri bülletenində dörd namizəd olacaq.
Bunu RF Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova deyib.
Seçkilər 2024-cü il martın 15-dən martın 17-dək keçiriləcək. Rusiya Federasiyası Kommunist Partiyasından (RFKP) Nikolay Xaritonov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) namizədi Leonid Slutski, Yeni İnsanlar Partiyasından Vladislav Davankov və öz namizədliyini irəli sürən Vladimir Putin iştirak edəcək.
İlkin olaraq 33 namizəd Rusiya prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Onlardan bəziləri sonradan seçkilərdə iştirak etməkdən imtina edib, bir neçəsi sona qədər seçici imzalarını toplamağa çalışıb.
Pamfilova əminliklə bildirib ki, Rusiya prezident seçkilərini pozmaq üçün hər hansı bir cəhdin öhdəsindən gələcəklər. Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin seçkilərdə qalib gələcəyinə inanır.
Xəbər lenti
0