Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN ŞƏT-in növbəti iclasının harada keçiriləcəyini açıqladı

© AFP 2023 / GREG BAKERŞƏT dövlətlərinin bayraqları
ŞƏT dövlətlərinin bayraqları - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
ŞƏT dövlətlərinin nümayəndələri və baş katibi təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq toplantısında iştirak edəcəklər.
BAKI, 16 aprel - Sputnik. Aprelin 23-25-də Sankt-Peterburqda ŞƏT ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan nümayəndələrinin beynəlxalq görüşü keçiriləcək. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Aprelin 23-25-də Sankt-Peterburqda ŞƏT dövlətlərinin nümayəndələri və ŞƏT-in baş katibi təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq toplantısında iştirak edəcəklər" - Rudenko deyib.
Rudenko həmçinin əlavə edib ki, aprelin 18-20-də Rusiyada ŞƏT-in beynəlxalq informasiya təhlükəsizliyi üzrə iclası və təhsil nazirlərinin görüşü keçiriləcək.
ŞƏT-in üzvləri Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. 2015-ci ildən təşkilatda müşahidəçi statusuna malik olan Belarus üçün qəbul proseduru 2022-ci ildə Səmərqənddə başlayıb.
Ehtimal olunur ki, üzvlük prosesi 2024-cü ildə Astanada keçirilməsi planlaşdırılan növbəti ŞƏT sammitinə qədər yekunlaşacaq.
02.07.23, 22:31
Putin ŞƏT sammitində videobağlantı vasitəsilə iştirak edəcək
Rusiya prezidenti Vladimir Putin gələn həftə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində telekörpü vasitəsilə iştirak edəcək. Bu barədə "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramının jurnalisti Pavel Zarubin Telegram kanalında xəbər verir.
Bildirilir ki, Rusiya dövlət başçısı Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Ali Dövlət İdarəçilik Məktəbinin məzunları ilə də görüşəcək.
Bundan əlavə, gələn həftə Putin Rusiya Federasiyasının hökumət üzvləri və Təhlükəsizlik Şurasının üzvləri ilə görüşlər keçirəcək.
Bir müddət əvvəl Hindistan Xarici İşlər Nazirliyi ŞƏT Dövlət Başçıları Şurasının iyirmi üçüncü sammitinin iyulun 4-də virtual formatda keçiriləcəyini açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0