Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert: Füzulinin azad olunması ilə düşmən mənəvi-psixoloji sarsıntı içinə düşdü

© Photo : Personal archiveHərbi ekspert Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev  - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Xəbərlərə abunə olun
Ədalət Verdiyevin fikrincə, Füzuli əməliyyatı ordumuzun İkinci Qarabağ müharibəsində həyata keçirdiyi ən əhəmiyyətli əməliyyatlardan biridir.
BAKI, 17 oktyabr - Sputnik. Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda əməliyyatlar sentyabrın 27-də, yəni, Vətən müharibəsində Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının ilk günündən başlayıb. Füzuli əməliyyatı ordumuzun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində həyata keçirdiyi ən əhəmiyyətli əməliyyatlardan biridir.
Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.
Hərbi ekspert bildirib ki, döyüşlər başlayanda cənub-şərq cəbhəsində ordumuz həm Füzuli, həm də Cəbrayıl istiqamətində düşmənin müqavimətini qıraraq birinci eşelondakı erməni bölmə və hissələrini geri çəkilməyə məcbur etdi. Lakin Füzuli istiqamətində düşmən kifayət qədər ciddi müqavimət göstərirdi. Silahlı Qüvvələrimiz bütün imkan və resurslarını əməliyyatların uğurla keçirilməsinə yönəltmişdi. Ermənistan ordusu orada nə qədər ciddi müqavimət göstərsə də, Füzuli şəhərinə Ordumuzun birbaşa hücum həyata keçirməsi mümkün idi. İtkilərimiz olsa da, bu hücumun uğurlu nəticələnəcəyi heç bir şübhə doğurmurdu. Müzəffər Ali Baş Komandanımız müharibə zamanı əməliyyatların gedişatına şəxsən nəzarət etdirdi. Odur ki, itkiləri minimuma endirmək məqsədilə Ordumuz Füzuli tərəfindən hücumu imitasiya etdi. Əsas zərbəni isə Cəbrayıl istiqamətində Cəbrayıl şəhəri və oradan isə Hadrut qəsəbəsinin azad olunmasına yönəltdi.
Beləliklə, Ordumuz düşməni Füzuli istiqamətində çoxsaylı texnika və heyət saxlamağa məcbur etdi. Belə olan halda Cəbrayıl və Füzulinin azad olunması vəzifəsi qismət yüngülləşmiş oldu. Hadrut azad olunduqdan sonra isə Füzulinin azad edilməsi uğrunda əməliyyatların keçirilməsi üçün əlverişli imkan yarandı. Hadrut ətrafındakı hakim yüksəkliklərin ələ keçirilməsi Füzuli şəhəri və onun ətrafındakı erməni mövqelərini daim dəqiq atəş altında saxlamağa imkan verirdi. Hadrutun azad edilməsindən sonra düşmənin ordusunun həm texnika, həm də canlı qüvvə baxımından itkiləri artmışdı. Fərarilərin sayı isə Cəbrayıl azad olunanda təxminən 1500 nəfər idisə, Hadrut azad olunduqdan sonra bu rəqəmin iki dəfə artdığı barədə məlumatlar var.
Hərbi ekspert qeyd edib ki, ermənilərin itkilərinin və ordudan fərarilik edənlərin sayının iki dəfə artması Füzuli cəbhəsində Ordumuzun uğurlu əməliyyatları üçün münbit şərait yaratdı. Düşmən üçün isə bu neqativ nəticələrə gətirib çıxardı. Düşmən mənəvi-psixoloji sarsıntı içinə düşdü. Həm şəxsi heyət, həm də texnika sarıdan ciddi itkilər Ermənistan ordusunun döyüş imkanlarına mənfi təsir etdi. Füzulinin azad olunması zamanı düşmənin çoxlu saylı texnikası, silah-sursatı, yanacaq-sürtkü materialları ordumuz tərəfindən qənimət götürüldü.
“Füzuli şəhərinin erməni işğalından azad edilməsinin bir neçə mühüm əhəmiyyəti oldu. Birincisi, bu, Ermənistan ordusunun müqavimət potensialının daha da zəifləməsinə gətirib çıxardı. İkincisi, düşmənin birinci eşelonunda olan hissə və bölmələrin müstəqil əks-hücum əməliyyatları keçirmək imkanı sıfırlandı. Füzuli döyüşlərindən sonra Ermənistan ordusunun birinci eşelonundakı hissə və bölmələr əks-hücumlar həyata keçirə bilmədilər. Bunun üçün düşmən ümumqoşun ehtiyatlarını cəlb etmək məcburiyyətində qalırdı.
Füzulinin azad edilməsi düşmən ordusunun bu şəhər ətrafındakı mövqelərindən qəsəbə, kənd və digər yaşayış məntəqələrimizin uzaqmənzilli artilleriya sistemlərinin atəşi altından çıxarılması ilə nəticələndi. Yəni, düşmən Azərbaycanın yaşayış məntəqələrini uzaqmənzilli artilleriya sistemlərindən atəşə tutmaq imkanından məhrum edildi”, - deyə hərbi ekspert Ədalət Verdiyev bildirib.
Həmçinin oxuyun:
İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür
İlham Əliyev: "Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"
Prezident: "Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır"
Dövlət başçısı Füzulinin azad olunmasının əhəmiyyəti barədə
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала