Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tatarıstanda təyyarə qəzaya uğrayıb - ölənlər var

CC BY-SA 4.0 / Aleksandr Medvedev (cropped image) / L-410 təyyarəsi, arxiv şəkli
L-410 təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
BAKI, 10 oktyabr - Sputnik. Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb. RİA Novosti-nin FHN regional idarəsinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 20 paraşütçü və iki ekipaj üzvü olub.
KİV-lərin məlumatına görə hadisə nəticəsində ilkin məlumatlara hgörə 19 nəfər həlak olub, üç nəfər sağ qalıb. Hadisə yerində xilasetmə işlər davam etdirilir.
Qeyd edək ki, L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Təyyarə 1960-cı illərdə Çexoslovakiyanın Let zavodu tərəfindən layihələndirilib. Hava gəmisinin kommersiya məqsədləri ilə istifadəsi 1973-cü ildən başlanıb.
Xatırladaq ki, cari ilin sentyabr ayında İrkutsk vilayıtində analoji təyyarə sərt eniş edib. Həmin təyyarənin göyərtəsində olan 16 nəfərin dördü həlak olub, 12 nəfər isə xəsarət alıb.
Xəbər lenti
0