ABŞ prezidentindən sensasiyalı etiraf

© REUTERS / Mike Segar Donald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp: "Artıq başqa ölkələrdəki siyasi rejimləri devirməkdən yayınmalıyıq"

BAKI, 7 dek — Sputnik. "Digər ölkələrdəki siyasi rejimləri devirmək planlarına son verməliyik". Sputnik xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı deyib.

"Buna vaxt ayırdığımıza, qlobal terrorçuluqla mübarizədə birləşməliyik", — Tramp bildirib.

"Haqqında heç bir anlayışımız, təsəvvürümüz olmayan siyasi rejimlərin devrilməsi uğrunda apardığımız yarışı dayandırmaq lazımdır. Əsas diqqətləri terrorçuluqla, İŞİD-lə mübarizəyə cəmləməliyik. Bu hədəfi olan bütün ölkələr, rejimlər Amerikanın müttəfiqidir", — ABŞ prezidenti əlavə edib.

Donald Tramp sonda deyib ki, prezidentliyi dövründə, ABŞ-ın dostları ilə əlaqələri möhkəmləndirəcək və özünə yeni dostlar axtaracaq.

Xəbər lenti
0