16:10 06 Dekabr 2016
Canlı yayım
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın

Diaspor rəhbəri dekabrın 6-da məhkəmə qarşısına çıxacaq

© Foto: www.zamanhollanda.nl
DÜNYA
Qısa URL
34 0 0

İlhan Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub.

BAKI, 30 noy — Sputnik. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxacaq. İlhan Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub. 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikinitisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağılasığmaz işgəncələrlə qətlə yetirilib. 

Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə — 'Qarabağ ermənilərin məzarı olacaq' ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.

İlhan Aşkın bildirir ki, o, Hollandiyada Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı fəaliyyətinə, xüsusilə ilə də erməni saxtakarlığına qarşı apardığı mübarəzəyə görə erməni diasporunun hədəfindədir. Barəsində yerli hüquq-mühafizə orqanlarına qərəzli və qeyri-obyektiv şikayət olunduğunu bildirən diaspor rəhbəri məhkəmə prosesinin ədalətli aparılacağına da şübhə ilə yanaşır. Çünki onun yaşadığı və məhkəmənin qurulacağı Almelo şəhərinin daxil olduğu Overreysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır. 2013-cü ildən vilayət məhkəməsinə rəhbərlik edən T.Avedisyan Rotterdam şəhərində, heç bir qarışığı olmayan erməni ailəsində anadan olub və hazırda orada yaşayır. Niderlandın  Erasmus Universitetini bitirəndən sonra o, 1999-cu ildə  Rotterdam məhkəməsində fəaliyyətə başlayıb. 2007-ci ildən Haarlem şəhərində cinayət məhkəməsinin sədri olub. 

Qeyd edək ki, hazırda ermənilərin təzyiqi və təxribatları ilə üz-üzə qalan İlhan Aşkın 25 ildən çoxdur Hollandiyada, bütün Avropada Azərbaycanın haqq işi uğrunda mübarizə aparır, Azərbaycan, Qarabağ həqiqətlərini təbliğ edir, erməni saxtakarlıqlarına qarşı fədakarlıqla mücadilə edir. Onun rəhbərliyi ilə Azərbaycan-Türk Kültür Dərnəyi  2007-ci ildə  Xocalı  şəhidləri üçün Hollandiyada abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.

Əsas mövzular