14:30 07 Dekabr 2016
Canlı yayım
Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Bəşər Əsədin hakimiyyətinə son qoymaq istədiklərini deyib

© Foto: trthaber.com
DÜNYA
Qısa URL
21 0 0

Türkiyə prezidenti: Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Biz istəyirik ki, o torpaqlar gerçək sahiblərinin olsun

BAKI, 29 noy – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Qüds simpoziumunda Suriya ilə bağlı önəmli açıqlamalar verib. Sputnik bu barədə Hürriyet-ə istinadən bildirir.

Ərdoğan, Suriya torpaqlarında gözlərinin olmadığını, türk ordusunun bu ölkənin şimalında başlatdığı “Fərat qalxanı” əməliyyatında əsas məqsədin həmin bölgələrdə Bəşər Əsədin zalım hakimiyyətinə son qoymaq olduğunu bildirib.  

"Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Biz istəyirik ki, o torpaqlar gerçək sahiblərinin olsun. Türk ordusunun məqsədi oralarda dövlət terroru həyata keçirən Bəşər Əsəd hakimiyyətinə son qoymaqdır”, deyə — prezident əlavə edib.

Əsas mövzular