Planetimizin aqibətini əks etdirən tükürpədici video yayıldı

© vistanews.ruBuzların əriməsi
Buzların əriməsi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın bir çox ştatları, ada dövlətləri, Çin və Banqladeşin bir hissəsi suyun altında qalacaq

BAKI, 13 noy — Sputnik. Antarktida buzlaqlarının əriməsinin dəhşətli nəticələrini əks etdirən video-kadr ortaya çıxıb. Sputnik xarici mediaya istinadla xəbər verir ki, Bill Nay adlı amerikalı alim buzların tam əriməsi halında planeti gözləyən aqibət barədə fikirlərini açıqlayıb.

Alimlərin sözlərinə görə, qlobal istiləşmə buzlaqların əriməsinə aparır, bu isə bəşəriyyətin taleyini dəyişə bilər. Bu proqnozda yeganə müsbət cəhət birbaşa Şimal qütbündən gəmi yollarının açılmasıdır.

Lakin, ümumilikdə planetimizin sakinlərinin həyatı mənfiyə doğru dəyişəcək. Ərimə nəticəsində Dünya okeanında suyun səviyyəsi 70 metr qalxacaq. Bu, böyük quru sahələrinin suyun altında qalmasına səbəb olacaq. ABŞ-ın bir çox ştatları, ada dövlətləri, Çin və Banqladeşin bir hissəsi suyun altında qalacaq.

Alimlər bildirirlər ki, bu kiçik buz dövrü artıq 15 ildən sonra başlaya bilər. Bu, Günəşin aktivliyinin növbəti dəfə dəyişməsi ilə bağlıdır.

Xəbər lenti
0