BAKI, 1 noy – Sputnik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Madani istefa verib.
Sputnik Daily Sabah-a istinadən xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.
Ekspertlər Madaninin gedişini onun bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisinin ünvanına səsləndirdiyi zarafat ilə əlaqələndirirlər.
Qeyd edək ki, bu zarafat bir çox ərəb ölkələrində böyük narazılığa səbəb olmuşdu.