Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Daha bir millət vəkili Sputnik.Qiraət-də

Abunə olmaq
Sputnik.Qiraət layihəsinin növbəti iştirakçısı Milli Məclisin deputatı Zahid Oruc olub. Millət vəkili layihədə iştirakı üçün Azərbaycanın xalq şairi Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeirindən parça seçib.

"Sputnik Azərbaycan ayrı-ayrı sahələrin insanlarını Sputnik.Qiraət layihəsinə cəlb etməklə poeziya vasitəsilə insanların birliyini göstərməyə çalışır. Həmçinin bu layihə insanlara kitabları, kitab oxumağı sevdirmək kimi gözəl məqsədə xidmət edir", —deyə Zahid Oruc bildirib.

Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. Daha sonra tanınmış repçi AİD Abbas Səhhətin "Vətən" şeirindən, məşhur aktyor və rejissor Qurban Məsimov Əliağa Vahidin yaradaçılığından, millət vəkili Fazil Mustafa isə Xalq şairi Məmməd Arazın şeirindən parçalar oxuyub.

Layihədə həmçinin hər bir sosial şəbəkə istifadəçisi iştirak edə bilər. Bunun üçün sevimli şeir parçasını oxuyaraq videonu şəxsi səhifədə #SputnikЧтения və ya #SputnikQiraət heşteqləri ilə paylaşmaq yetər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0