Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Sputnik Azərbaycan Sputnik.Qiraət şeir layihəsinə start verir

Abunə olmaq
Layihənin inkişafı ilə paralel olaraq portalda hər bir sosial şəbəkə istifadəçisi şeir oxuya və videonu Facebook-da Sputnik Azərbaycanın rəsmi səhifəsinə göndərə bilər.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosu Sputnik.Qiraət şeir layihəsinə start verir. Layihə çərçivəsində Azərbaycanın ictimai-siyasi və incəsənət xadimləri görkəmli Azərbaycan şairlərinin şeirlərini oxuyacaqlar. Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxuyur.

"Sputnik.Qiraət layihəsində dövlət xadimlərindən tutmuş populyar musiqiçilərədək Azərbaycanda məşhur olan şəxslər iştirak edəcəklər. Onları yaşları və fəaliyyət sahələri ayırsa da, Azərbaycana və onun mədəniyyətinə olan sevgiləri birləşdirir. Bizim layihəmizin formatı iştirakçılara özlərini qeyri-ənənəvi ampluada, yəni qiraətçi kimi sınamağa imkan verəcək. Azərbaycan poeziyası çox rəngarəngdir və biz oxucularımızın da təşəbbüsümüzə qoşularaq öz videolarını bizə göndərmələrini arzu edirik", deyə Əziz Əliyev bildirib.

Layihənin inkişafı ilə paralel olaraq portalda hər bir sosial şəbəkə istifadəçisi şeir oxuya və videonu Facebook-da Sputnik Azərbaycanın rəsmi səhifəsinə göndərə bilər. Həmçinin hər bir sosial şəbəkə istifadəçisi şəxsi səhifəsində videoları #Sputnik.Чтения və #Sputnik.Qiraət heşteqləri ilə paylaşaraq layihəni dəstəkləyə bilər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0