Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Marşal Proqramına qeydiyyat başladı

© Sputnik / Murad OrujovFormula-1
Formula-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq minlərlə müraciət daxil olub və onlar marşal kimi növbəti mövsümü səbrsizliklə gözləyirlər

BAKI, 5 dek — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 23-25 iyun 2017-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün, dekabrın 5-də qeydiyyat prosesinə start verib. Bu barədə Sputnik-ə BŞH-dən məlumat verilib.

Formula 1 yarışı - Sputnik Azərbaycan
Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Məlumata görə, paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2017 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq fürsətinə və eyni zamanda ölkədə keçirilən Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Bu sertifikat marşallara, sadəcə Azərbaycanda deyil, Formula 1 Qran Prisi yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.

BŞH-ın İdman Əməliyyatları şöbəsinin və BMK-nın rəhbəri Çingiz Mehdiyev Marşal Proqramına qoşulmaq istəyənləri tezliklə qeydiyyatdan keçməyə çağırır: "Biz öncəki mövsüm mükəmməl bir yarışa uğurla ev sahibliyi etdik. Marşallarımız öz məsuliyyət və bacarıqları ilə yarışın yüksək səviyyədə təşkilinə ən böyük töhfəni verdilər".

"Yarışdan sonra bizə minlərlə müraciət daxil oldu və hamı marşal kimi növbəti mövsümü səbrsizliklə gözlədiyini bildirdi. Biz çoxsaylı müraciətləri nəzərə alaraq, bu mövsüm üçün marşalların seçim kampaniyasına start verdik. Bizə qoşulmaq istəyənlər gecikmədən fevralın 1-dək Marşal Proqramına Müraciət Sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər", — Ç. Mehdiyev bildirib.

Marşal Proqramı haqqında ətraflı məlumatı BŞH-ın rəsmi saytından və BMK-nın rəsmi "Facebook" səhifəsindən əldə edə bilərsiniz. Eyni zamanda klubun "Facebook" səhifəsindən məktub yazaraq və ya çağrı mərkəzinə zəng edərək marşal fəaliyyəti barəsində sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.

Çağrı mərkəzi: 012 404 13 83

Xəbər lenti
0