18:55 17 Yanvar 2017
Canlı yayım
Müəllimlərin imtahanı

Müəllimlərin imtahanı ilə bağlı böyük qalmaqal

apa.az
ELM
Qısa URL
696 0 0

Ekspert Təhsil Nazirliyinin rəsmi açıqlamalarındakı ziddiyyətləri ortaya çıxardı

BAKI, 31 dek — Sputnik. Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov Sputnik-ə açıqlamasında məlumat verib. O, qeyd olunan statistikanı rayon təhsil şöbələrindəki rəsmi mənbələrdən əldə etdiyini bildirib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, məsələ ilə bağlı Sputnik-ə açıqlamasında deyib ki, "əsas istinadı hansısa "Facebook" postu olan bu məlumatların heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, həm də həqiqəti əks etdirmir". Onun sözlərinə görə, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub.

"Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda, bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi sıfır bal olmayıb", — Valehov bildirib.

Buna cavab olaraq ekspert Kamran Əsədov deyib: "Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib. Mənim rəsmi olmayan, şəxsi münasibətlər zəminində əldə etdiyim (İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunu, maddə 15,16,17,18), Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu (maddə 1,2 və s) və əsas da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq) məlumatların həqiqətə uyğun olmadığını bildirirlər. İlk növbədə Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi məlumatlar arasındakı uyğunsuzluğa diqqət yetirək. Nazirliyin əməkdaşı qeyd edir ki, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimi imtahanlarda iştirak edib. Halbuki, Təhsil Nazirliyinin özünün rəsmi saytındakı məlumatlar bununla üst-üstə düşmür. Böyük rəqəm ziddiyyəti var. Özlərinin təqdim etdiyi məlumatda uyğunsuzluq olduğu halda, mənim tərəfimdən təqdim olunan məlumatın həqiqətə uyğun olmadığını yazırlar".

Kamran Əsədov, təhsil üzrə ekspert
© Foto: APA
Kamran Əsədov, təhsil üzrə ekspert

"Nazirliyin saytındakı məlumatlara görə, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7500 nəfərdən çox müəllimi iştirak edib. Mənim əldə etdiyim məlumatda isə diaqnostik imtahanda, həmin bölgədən 7426 müəllim iştirak edib. Mənim təqdim etdiyim rəqəmlər Təhsil Nazirliyinin təqdim etdiyi rəqəmlərə daha yaxındır. Bundan əlavə, 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanmağı ilə bağlı nazirliyin rəsmisi qeyd edir. Bəs yerdə qalan 6011 müəllimin nəticəsi necədir? Müqayisə edək: 2014-cü ildə Bakı şəhərində keçirilmiş imtahanda (Təhsil Nazirliyi, Hesabat 2015 jurnalı, səh 18, diaqram 1 və diaqram 2), Bakı şəhərindən 28.758 nəfər iştirak etmişdi ki, onlardan 18,2 faizi əla (80 faizdən çox), 57,6 faizi yaxşı (10-80 faiz arası), 24,2 faizi 10 faizdən aşağı nəticə göstərmişdi. Bu da biliyin qiymətləndirilməsi qaydalarına görə 2 və ya 0 bal hesab olunur", — ekspert bildirib.

K. Əsədov əlavə edib ki, ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının 5.3-cü maddəsinə görə, diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur: "Təhsil nazirliyi tərəfindən təsdiq olunmuş qiymətləndirmə meyarlarına görə 0-10 bal toplayan neçə alır? Əlbəttə ki, 2. Bu da 0 bal deməkdir. Qiymətləndirmənin əsasları ilə baxsaq, əlbəttə ki, bu nəticə ortaya çıxacaq. Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək, görərik ki, şagirdlər müəllimlərindən çox bilirlər.Özünün 10 faizlik savadı olmayan müəllim, şagirdə necə bilik verə bilər? Təki bizim müəllimlərin biliyi, savadı, peşəkarlığı həmişə yüksək olsun".

Əlaqədar

Təhsil sistemimizi kökündən dəyişəcək qərar
Təhsil naziri bu rayona "gizli" səfər edib
İcbari məktəbəqədər təhsilə keçid ola bilər
Mövcud təhsil sistemi şagirdlərin bütün enerjisini "sümürür"
Valideynlər övladlarının imtahanında iştirak edə biləcəklər
Yeni imtahan qaydaları açıqlandı
Sınaq imtahanlarının qiymətinin qaldırılması absurddur!
Sınaq imtahanlarının da qiyməti qaldırıldı
"Müəllim və həkimlərin maaşları artırılsın!"
Müəllimlərin əmək haqlarının gecikməsinin səbəbi bəlli oldu
Dövlət müəllimi necə həvəsləndirir - bizdə və onlarda
Teqlər:
diaqnostik qiymətləndirilmə, Yardımlı, Cəsarət Valehov, Masallı, Astara, Kamran Əsədov, Lerik, nazirlik, imtahan, Lənkəran, ekspert, müəllim

Əsas mövzular