Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkan Şoray və Rober Osseyn Xəzər Universitetində olublar

© Sputnik / Fuad HasanovTürkiyənin məşhur aktrisası Türkan Şoray Bakıda
Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıda - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak ediblər.

BAKI, 17 noy – Sputnik. Türkiyənin məşhur aktrisası Türkan Şoray və Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda Xəzər Universitetində olublar. Sputnik xəbər verir ki, sənətkarlara Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının "Avrasiya Əfsanəsi" mükafatı verilib. Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və "Avrasiya Əfsanəsi"nə layiq görülən ilk qadındır.

© Sputnik / Fuad HasanovTürkan Şoray: Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir.
Türkan Şoray: Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir.  - Sputnik Azərbaycan
Türkan Şoray: Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir.

Türk aktrisası mətbuata açıqlamasında Bakıya gəlməkdən şad olduğunu deyib:

"Yenidən bu şəhərdə olduğum üçün çox sevinirəm. Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm".

© Sputnik / Fuad HasanovAzərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda
Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda - Sputnik Azərbaycan
Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak ediblər.

Xəbər lenti
0