CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha qar gözlənilir

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

BAKI, 29 sen — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturunun yarımadada gecə 13-15° isti, gündüz 18-21° isti olacağı, Bakıda isə gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Xəbər lenti
0