Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərenerji" reytinqdən imtina edə bilər

© Sputnik / Murad OrujovAzerenerji ASC Главный офис
Azerenerji ASC Главный офис - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: "Azərbaycanın həm dövlət şirkətlərinin, həm də banklarının beynəlxalq reytinqlərinin gələcəyi dumanlıdır"

BAKI, 6 yan-Sputnik. "Azərbaycanın həm dövlət şirkətlərinin, həm də banklarının beynəlxalq reytinqlərinin gələcəyi dumanlı görünür. Neftin ucuzlaşması fonunda milli valyutanın iki dəfə devalvasiyaya uğraması həmin qurumların likvidliyinə mənfi təsir göstərib".

Sputnik-in məlumatına görə, bu məsələlərə iqtisadçı-ekspert Samir Əliyev öz "Facebook" səhifəsində aydınlıq gətirib. Ekspertin sözlərinə görə, yüksək reytinqə malik olmayan şirkətlərimizin bundan sonra mövqelərinin pisləşməsi gözləniləndir: "Artıq bəzilərinin mövqeyində geriləmələr müşahidə olunur. Hətta banklardan birinin reytinqi geri alınıb. Bunun ardınca Standard and Poor`s "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) reytinqini dövlət şirkətinin öz istəyi ilə geri çağırıb. Bu addımda təəccüblü heç nə yoxdur. Çünki dəmiryolu idarəsi bu addımı atmasaydı, bir neçə aydan sonra onun reytinqi daha da aşağı salınacaqdı. Belə ki, dekabrın 11-də S&P "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqi "BB+"-dən "BB-" səviyyəsində endirmişdi və xəbərdarlıq etmişdi ki, ödəmələrlə bağlı risk artacağı təqdirdə reytinq daha bir neçə səviyyə aşağı salınacaq. Görünür, xüsusilə ikinci devalasiyadan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin ödəmə problemi daha da kəskinləşib və qabaqlayıcı tədbir olaraq öz xoşu ilə reytinqdən imtina edib".

Bakıda valyuta dəyişmə məntəqələrinin qarşısında növbələr yaranıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Banklar xarici valyuta satışını dayandırdı

S.Əliyev qeyd edib ki, ADY-nin reytinqinin aşağı salınmasına səbəb Maliyyə Nazirliyinin dəstəyinin lazımi anda olmaması olmuşdu: "Bundan başqa, hökumətdən yeni kredit müqavilələri bağlamağa icazə almasında bəzi bürokratik prosedurların olması, dövlətin şirkətin fəaliyyətinə effektiv və səmərəli nəzarət mexanizmlərinin olmaması, likvidliyin tələb olunandan da aşağı olması kimi amilləri də reytinqin aşağı salınmasına təsir etmişdi".

"S&P ilə müqayisədə ADY Fitch agentliyinin reytinqində nisbətən yüksək — investisiya mövqeyinə malikdir. Ancaq ötən ilin noyabrın 3-də Fitch də AFY-nin proqnozunu neqativə endirmişdi. Gözləmək olar ki, bu agentlik də ADY-ni bir müddətdən sonra aşağı pilləyə göndərəcək. Əlbəttə onun xidmətindən də imtina edilməsə" — deyə ekspert bildirib.

S.Əliyevin fikrincə, "Azərbaycan Dəmir Yolları" QSC-nin bu addımı onun beynəlxalq imicinə mənfi təsir göstərəcək, onun xaricdən kredit almaq imkanlarını məhdudlaşdıracaq. Fitch reytinqindən imtina edilsə, xarici kredit cəlb etmək mümkünsüz olacaq. Beynəlxalq reytinqdən iştirakdan imtina, şirkəti həm beynəlxalq maliyyə institutlarına, həm də ictimaiyyətə münasibətdə daha da qapalı quruma çevirəcək. Onun qazandığı və ya cəlb etdiyi maliyyə vəsaitlərinin istifadəsində şəffaflığı sual altına düşəcək.

Ekspert həmçinin bildirib: "Yəqin ki, bu, son olmayacaq. Böyük ehtimalla yaxın zamanlarda digər dövlət qurumu — "Azərenerji" ASC-nin də reytinqinin pisləşəcəyini müşahidə edəcəyik. Hətta onun da reytinqdən imtinası baş verərsə, təəccüblü gəlməz. Azərbaycan Respublikasının suveren reytinqinin sabit qalması hələ ki, dövlət şirkətlərinin, bankların reytinqini sığortalayır. Ancaq bu, uzun müddət belə davam edə bilməz. Dövlət şirkətləri və banklar üçün qarşıdakı aylarda beynəlxalq reytinq mövqelərini qorumaq çətin görünür. Hər bir halda bəzi bankların və dövlət şirkətlərinin reytinqinin pisləşməsi qaçılmaz olacaq".

Xəbər lenti
0