03:47 04 Dekabr 2016
Canlı yayım
Ana-uşaq

Uşağını təkbaşına böyüdən valideynlərə güzəşt ediləcək

© Flickr/ Bridget Coila
CƏMİYYƏT
Qısa URL
85 0 0

"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında" qanununa da dəyişiklik edilib

BAKI, 29 noy — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, dəyişikliyə görə, dövlət qulluğunda olan, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub. Qanun layihəsi təsdiqlənib.

İclasda, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri də müəyyənləşib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında" qanununa dəyişiklik layihəsi müzakirə edilib.

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri, yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir. Qanun layihəsi səsverməyə qoyularaq qəbul olunub.

Əlaqədar

Deputatlar Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmasını tələb edirlər
Süni qidaların təbliği qadağan edildi
Bu mətbuat orqanlarına reklam qadağası
Milli Məclisin plenar iclası keçirilir
Teqlər:
övlad, uşaq, valideyn, layihə, qanun, parlament, Milli Məclis

Əsas mövzular