06:12 11 Dekabr 2016
Canlı yayım
Yüksək radioaktiv şüalanma aşkarlanan avtomobillər, arxiv şəkli

Yaponiyadan gətirilən avtomobillərdə radioaktiv şüalanma aşkarlandı

© Sputnik / Akylbek Batyrbekov
CƏMİYYƏT
Qısa URL
323 0 0

Daxili İşlər və Ekologiya nazirliklərinə, fakt üzrə ciddi tədbirlər görülməsi təlimatı verilib

BAKI, 29 noy — Sputnik. Qırğızıstanda Yaponiya istehsalı, həmçinin Yaponiyadan idxal olunan qeyri-yapon istehsalı olan avtomobillərdə radioaktiv şüalanma aşkar edilib. Sputnik xəbər verir ki, bu barədə Qırğızıstan Gömrük Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Yaponiyadan Qırğızıstana idxal olunan 183 ədəd avtomobildə yüksək fon radiasiya aşkar edilib. Fakt üzə çıxandan dərhal sonra, baş nazir Sooronbai Jeenbekov təxirəsalınmaz addımlar atılması ilə bağlı hökumətə göstəriş verib. Baş nazir Daxili İşlər nazirliyi, o cümlədən Ekologiya Nazirliyinin də aşkarlanmış fakt üzrə ciddi tədbirlər görməsini, mövzunu araşdırmasını istəyib.

Yaponiya istehsalı avtomobillər Azərbaycanda da populyardır. Bəs Azərbaycanın gömrük məntəqələrində idxal olunan avtomobillərdə radioaktiv şüalanma necə yoxlanılır? Ümumiyyətlə, bizdə də bu cür hala rast gəlinibmi? Və əgər rast gəlinibsə, hansı cavab tədbirləri görülüb?

Dövlət Gömrük Komitəsi
publika.az
Dövlət Gömrük Komitəsi

Suallara cavab almaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən Sputnik-ə verilən məlumata görə, bu günədək nəinki Yaponiyadan, həmçinin digər ölkələrdən Azərbaycana gətirilən heç bir avtomobildə radioaktiv maddələr, şüalanmalar aşkar edilməyib. Komitə, həmçinin əlavə edilib ki, əgər nə vaxtsa bu cür halla qarşılaşılsa, dərhal lazımi cavab tədbirləri görüləcək.

Bəs həmin avtomobilləri qarşılıqlı müqavilələr əsasında ölkəyə gətirən şirkətlər nə vaxtsa belə bir problemlə üzləşibmi? Ölkənin ən iri avtomobil satışı şirkətlərindən olan "Nurgün Motors"dan Sputnik-ə verilən açıqlamaya görə, bu günə qədər nə Dövlət Gömrük Komitəsindən, nə də hər hansı müştəridən radioaktiv şüalanma ilə bağlı heç bir şikayət almayıblar.

"Biz bu haqda ilk dəfədir ki, eşidirik. Əlbəttə, təəssüflü haldır ki, Qırğızıstanda bu cür hala rast gəlinib. Ola bilsin ki, həmin avtomobillər fərdi sahibkarlar tərəfindən, həmin avtomobilin əsas istehsalat mərkəzindən gətirilməyib. Çünki biz inanmırıq ki, istər "Nissan" olsun, istər Toyota, istərsə də digər yapon markalı avtomobillərin əsas istehsalat zavodlarında bu cür neqativlik olsun. Bir daha təkrar edirik, indiyədək bizdə belə hal olmayıb", — deyə "Nurgün Motors"dan bildirilib.

Paytaxtın "Avtomobil satışı mərkəzi"ndə fəaliyyət göstərən satış ofislərindən də Sputnik əməkdaşına, bu iki problemlə üzləşmədiklərini deyiblər.

Teqlər:
radioaktiv şüalanma, maşın, gömrük, Qırğızıstan, Yaponiya, avtomobil

Əsas mövzular