02:25 05 Dekabr 2016
Canlı yayım
Bakıda yağış problemi

"Bakı ekstremal vəziyyətlərə texniki, mənəvi baxımdan hazırdır"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
18 0 0

Ekspert: "Bizim bu məsələlərlə bağlı müraciət edə biləcəyimiz instansiya yoxdur"

BAKI, 19 okt — Sputnik. Ekstremal vəziyyətlər, adi günlərdə görə bilmədiyimiz zəiflikləri üzə çıxarır. Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Bakıda yağış suları problemini necə həll etməli?" mövzusunda keçirilən konfransda, "Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədov belə deyib.

Bakıda yağış
© Foto: Irade Celil

Onun sözlərinə görə, ictimai nəqliyyata etibarsızlıq üzündən, imkan daxilində, hər kəs şəxsi avtomobilindən istifadə etməyə çalışır: "Bu isə yollarda nəqliyyat sıxlığına səbəb olur. Şəhərin nəqliyyat vasitələri ilə dolduğu hamıya məlumdur. Statistikaya görə, Bakı şəhərində 1 milyon 870 min avtomobil var. Yolların genişləndirilməsinə yönəlik tədbirlər də nəticə vermir".

"Digər tərəfdən, son 30 il ərzində yolların tikintisi və təşkili ilə məşğul olan qurumların peşəkarlığı aşağı düşüb. Bu təşkilatların üzərində nəzarətin olmaması səbəbindən, ilk baxışdan yollar keyfiyyətli görünsə də, əslində durum ürəkaçan deyil. Son hadisələr də yolların iyrənc vəziyyətdə olduğunu göstərdi", — ekspert bildirib.

F. Məmmədovun sözlərinə görə, ölkəmizdə yolların xarici görünüşünə daha çox önəm verilir, nəinki onların funksionallığına: "Misal üçün, Heydər Əliyev prospektində yerləşən "Bağırov körpüsü"nü götürək. O, iki hissədən ibarətdir: birinci sahə 1953-ci ildə istifadəyə verilib, 2010-2011-ci illərdə isə iki ədəd yan yollar tikilib. Nədənsə, körpünün 50-60-cı illərdə tikilən hissəsi qurudur, bir neçə əhəmiyyətsiz çuxur olsa belə, sistem normal çalışır. Müasir dövrdə tikilər yan yollarda isə, nəinki yolu su basıb, hətta divarlardan axır. Bu ərazilərdən avtomobillə keçmək mümkünsüzdür".

Ekspert qeyd edib ki, bu məsələdə vətəndaşların fikirləri də nəzərə alınmır: "Bizim bu məsələlərlə bağlı müraciət edə biləcəyimiz instansiya da yoxdur. Bu üçgünlük hadisələr onu göstərdi ki, şəhər nə texniki, nə də mənəvi baxımdan hazırdır. Bizim yolları idarə edən strukturlarımız isə öz işlərini bacara bilmir".

Əlaqədar

Bakıda yağış suları problemini necə həll etməli?
Yağış ara verməyəcək
Bazar günü yağışlı və küləkli olacaq
Güclü külək əsəcək, yağış yağacaq
Bazar günü bəzi yerlərdə yağış yağacaq
Yağış yağmaqda davam edəcək
Sabahın hava proqnozu: külək, yağış, şimşək
Teqlər:
Fazil Məmmədov, avtomobil, küçə, Bakı, yağış, ekstremal vəziyyət

Əsas mövzular