CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhali yerli telekanalları boykot edib

© Sputnik / Mikhail VoskresenskyTeleviziya
Televiziya - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycanın oxucularının əksəriyyəti "Azərbaycan televiziyalarında hansı verilişləri görmək istəyirsiz?" sualına cavabında, ümumiyyətlə yerli kanallara baxmadıqlarını deyirlər

BAKI, 29 mart — Sputnik. Sputnik Azərbaycan-ın oxucuları olan respondentlərin 33%-i yerli kanallara baxmır. Sputnik-in saytında yerləşdirilən sorğuya adamlar məhz belə cavab veriblər.

Azərbaycan televiziyalarına ardıcıl olaraq baxanların, yəni respondentlərin 18,8%-i yerli telekanallarda daha çox sosial-siyasi və analitik verilişləri görmək istəyirlər; 17% — əhalinin sosial problemlərinə həsr olunmuş reportajlara, 11,5% — obyektiv və operativ xəbərlərə; 7,3% — mədəni-maarif telelayihələrinə; 1,7% isə idman yeniliklərinə və yarışların birbaşa translyasiyasına baxmaq istəyini ifadə edib.

Televizor - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan telekanalları əhalinin gözündə "ölüb"

Qeyd edək ki, 10,8% oxucu Azərbaycan telekanallarında özü üçün maraqlı ola biləcək müxtəlif sahələri əhatə edən verilişləri (yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla —red.) görmək arzusundadır.

Heç kəsə sirr deyil ki, artıq çoxdan Azərbaycanın yerli sakinləri milli televiziyalara baxmırlar. Hərdənbir baş verənlərdən xəbər tutmaq üçün xəbərlər proqramını izləyirlər. Onlar bunu milli kanallarda həddindən artıq ucuz şou xarakterli verilişlərin yayınlanması və idrakı inkişaf etdirməyə yönəlmiş intellektual proqramların olmaması ilə izah edirlər.

Hazırda ölkə ərazisində və ondan kənarda 12 milli kanal fəaliyyət göstərir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşovun sözlərinə görə, Azərbaycanda çox adam yerli televiziyalara baxmadığını deyir. Bu barədə siqnallar MTRŞ-ya da daxil olur. Bu tendensiyanın isə bir sıra səbəbləri var.

"Azərbaycanda çox vaxt xaricdə məşhur olan şou-proqramlar təqlid edilir ki, bu da elə də keyfiyyətli alınmır. Belə olan təqdirdə adamlar narazılıqlarını ifadə edirlər və həmin televerilişlərin Türkiyə və Rusiya kanallarındakı orijinallarına baxmağa üstünlük verirlər. Yerli kanallara baxmaqdan imtina edən tamaşaçıların böyük əksəriyyəti bu addımlarını banal və vulqar verilişlərlə izah edirlər. Bu səbəbdən də biz dəfələrlə öz narahatlığımızı ifadə etmişik", — deyə ekspert bildirib.

Verilişlərin keyfiyyətinə gəlincə, MTRŞ yetkinlisi deyib ki, qurum telekanalların yaradıcılıq məsələlərinə qarışmır. Onun sözlərinə görə, MTRŞ uzun illərdir TV-lərin efirindəki primitiv və nalayiq materialların qarşısını almağa çalışır. Tədbirlər öz nəticəsini verir. Bir çox verilişlər bağlanıb, ya da məzmununu dəyişib.

"Biz milli televiziyaların fəaliyyətinə kölgə salmamalıyıq. Onlarda ciddi və maraqlı verilişlər də az deyil", — deyə Dadaşov bildirib.

MTRŞ yayımçıların qarşısında ciddi analitik verilişlərin yayımı ilə bağlı sərt tələblər qoymur. Buna görə də, telekanallar reytinq üçün çalışır. Reytinqi isə yalnız şou-proqramların translyasiyasından əldə edirlər.

Телевизор - Sputnik Azərbaycan
100-dən çox televiziya kanalı bağlanacaq

Dadaşovun fikrincə, yerli telekanallar ildən-ilə fəaliyyətlərini yaxşılaşdırırlar: "Bir neçə il bundan əvvəl efirdəki materialların 60%-70 %-i rus və türk dillərində yayımlanırdı. Onda çoxlu sayda türk seriallarının yayımlanması ilə Azərbaycan dilinin yerdəyişməsi tendensiyası yaranmışdı. Bununla yanaşı əvvəllər sutkanın istənilən saatında erotik və zorakılıq elementləri olan filmlər, spirtli içkilərin reklamı gedirdi. Normativ-hüquqi sənədlərdə edilən dəyişikliklərdən və telekanallar qarşısında konkret tələblər qoyulandan sonra o cür kinolar və reklamlar yalnız saat 23.00-dan sonra göstərilir".

Xəbər lenti
0