18:59 17 Yanvar 2017
Canlı yayım
Demirchi Tower

Bakıda biznes mərkəzdə qətl

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
126 0 0

Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əli Ağalı qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

BAKI, 7 yan — Sputnik. Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

Hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.


Əsas mövzular