Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda silahlı basqın törədilib

© Sputnik / Fuad HasanovTopAz idman mərc operatoru
TopAz idman mərc operatoru - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə dekabrın 2-də günorta saatlarında baş verib.

BAKI, 3 dek — Sputnik. Bakının Nərimanov rayonunda TopAz bukmeker ofisi soyulub. Bu barədə Sputnik-ə Nərimanov rayonu polis idarəsindən məlumat verilib. 

Hadisə dekabrın 2-də günorta saatlarında baş verib.

Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində "Şuşa" restoranı ilə üzbəüz yerləşən TopAz ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər.

Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.

Xəbər lenti
0