14:17 04 Dekabr 2016
Canlı yayım
Əlibıçaqlı adam

Özünü müdafiə məqsədilə tanışına 12 bıçaq vurdu

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
96610

Polis: "O, Quliyevi zərərsizləşdirməli idi, amma onu öldürməli deyildi"

BAKI, 30 noy — Sputnik. Bir vətəndaşın özünümüdafiə sərhədlərini aşması, Abşeron rayonu Maştağa qəsəbəsinin 23 yaşlı sakini Quliyev Kamran Yaşar oğlunun ölümü ilə nəticələnib. Bu barədə Sputnik-ə paytaxtın Sabunçu rayon Polis İdarəsindən məlumat veriblər.

Patoloqoanatomlar Kamran Quliyevin cəsədində 12 bıçaq yarası aşkarlayıblar. Qeyd edək ki, gənc oğlan xəstəxanaya çatdırılandan sonra ölüb. Keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları cinayətin izinə düşüblər və qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Saxlanılan şəxs yerli sakin Əlizadə Vüqar Bayram oğlu olub.

İlkin istintaq göstərib ki, Əlizadənin Quliyevi öldürmək məqsədi olmayıb və heç bu barədə düşünməyib də. Qətldə istifadə olunan bıçaq elə Quliyevin özünə məxsus olub. Məlum olub ki, Əlizadə Quliyevə 200 manat pul borclu olub. Bununla bağlı Quliyev Əlizadə ilə görüşüb və ondan özünün pulunu tələb edib.

Amma anlaşılmazlıq səbəbindən gənclər arasında mübahisə düşüb. Quliyev cibindən bıçaq çıxararaq Əlizadəyə zərbə endirməyə çalışıb. Lakin Əlizadə onun əlindən bıçağı alıb və ona çoxsaylı bıçaq zərbələri endirib.

Polisin bildirdiyinə görə, Əlizadə özünü müdafiə sərhədini aşıb. "O, Quliyevi zərərsizləşdirməli idi, amma onu öldürməli deyildi" — deyə hüquq-mühafizə orqanları bildiriblər.

Bununla belə, vəkil Fərzəli Əliyev Sputnik-ə bildirib ki, respublikanın hüquq-mühafizə orqanları nadir hallarda Cinayət Məcəlləsinin 123.1-ci maddəsini (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) tətbiq edirlər. Həmin maddə 2 il müddətinə azadlığın məhdudlaşdırılmasını, yaxud da həmin müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

"Mən praktikada heç vaxt həmin maddənin tətbiqi ilə rastlaşmamışam. Vətəndaşı AR CM-in 123.1-ci maddəsi ilə cinayətdən azad etmək üçün dəqiq dəlillər bazası olmalıdır. Bunun üçün bu sahədə ixtisaslaşmış vəkilə ehtiyac var", — vəkil bildirib.

"Həmçinin mütləq təqsirləndirilən şəxsin özünümüdafiə üçün bütün imkanlardan istifadə edərək rəqibə zərbə vurmaq və onu öldürmək məcburiyyətində qaldığını sübut etmək lazımdır. Əgər bununla bağlı dəlillər olmasa, məhkəmə AR CM-nin 120-ci maddəsini (qəsdən öldürmə) tətbiq edəcək" — ekspert əlavə edib.

Əlaqədar

Lənkəranskinin qətlində şübhəli bilinən şəxslə bağlı qərar verildi
Qazaxda 16 yaşlı oğlan həmyaşıdını qətlə yetirib
Əməkdar artistin qardaşı öz qohumunun qətlində iştirak edib
Lənkəranskinin qətli ilə bağlı yeni faktlar ortaya çıxıb
Keçmiş arvadını qətlə yetirdi, baldızını isə yaraladı
Gündəmi dəyişən qətl: niyə Pavel Şeremet?
Teqlər:
bıçaq, bıçaqlama, qətl, özünümüdafiə, vətəndaş

Əsas mövzular