10:01 18 Yanvar 2017
Canlı yayım
Tikanlı məftil, arxiv şəkli

"Lotu Quli" barəsindəki iddialara cavab verdi

© pixabay / vero_vig_050
HADİSƏ
Qısa URL
82510

Vəkili: "Nadir Səlifovun Rusiya bazaralarına nəzarət etməsi barədə yayılanlar..."

BAKI, 18 noy — Sputnik. ""Lotu Quli" kimi tanınan və hazırda Bakıdakı 8 saylı islah əmək müəssisəsində cəza çəkən Nadir Səlifov adlı kriminal avtoritet Rusiya bazarlarına nəzarət etmir". Bu barədə Sputnik-ə Səlifovun vəkili Təranə Əliyeva məlumat verib.

Kriminal avtoritet Nadir Səlifov
© Foto: PUBLIC DOMAIN
Kriminal avtoritet Nadir Səlifov

Son günlər mətbuatda, Rusiya bazarlarına hazırda iki azərbaycanlı kriminal avtoritetin nəzarət etməsi barədə məlumatlar gedir. Söhbət mərhum Rövşən Canıyevin (Lənkəranski) sağlığında onunla düşmənçiliyi olmuş Vaqif Süleymanov (Diplomat) və Nadir Səlifovdan gedir.

Vəkilin sözlərinə görə, onun Səlifovun "kriminal razborka"larından xəbəri yoxdur və yalnız onun hüquqi statusu ilə maraqlanır: "Sadəcə onunla görüşəndə Rusiya mediasındakı məlumatları müzakirə edərkən Səlifov bildirdi ki, Rusiya bazarlarına nəzarət barədə bütün bu söhbətlərin ona heç bir aidiyyəti yoxdur. Adının göy-göyərti bazarı ilə əlaqələndirilməsinə o, hətta güldü".

Mediadakı məlumatlara əsasən, bütün postsovet məkanında kənd təsərrüfatı bazarlarına nəzarət, əsasən azərbaycanlılara məxsus olub. "Səlifov 22 ildir, islah müəssisəsində cəza çəkir və hazırda biz onun öz vətəninə — Gürcüstana ekstradisiyasına nail olmağa çalığırıq. Bir il əvvəl Gürcüstan rəsmi şəkildə Səlifovun vətəndaşlığını təsdiq etdi. Bundan əlavə, Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan Ədliyyə Nazirliyinə, Səlifovun cəzasının qalanını vətənində çəkməsi üçün ekstradisiya olunması ilə bağlı sorğu göndərib. Səbəb kimi qohumlarının Səlifovla görüşmək imkanının olmaması göstərilir", — deyə Əliyeva bildirib.

Qeyd edək ki, bütün bu dövr ərzində Səlifovda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi olmayıb. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti onun Azərbaycan vətəndaşı olmadığını təsdiqləyib. "Lotu Quli"nin yalnız sovet pasportu var.

Gürcüstan vətəndaşı olan Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 1996-cı ildə hədə-qorxu yolu ilə pul alma, insan oğurluğu və qeyri-qanuni silah saxlama ittihamları ilə 27 il müddətinə azadlıqdan məhrum edilib. Sonra Səlifovun cəza müddəti artırılıb. Səbəb kimi 2001-2004-cü illərdə həbsxanada olarkən qadınları zorlaması göstərilir.

İstintaq materiallarına əsasən, 2001-ci ilin mayında Səlifov, ona kartda 280 min manat uduzmuş bir məhbusun şərəf və ləyaqətini təhqir edib. Guya ki, Səlifov mobil telefonla uduzanın həyat yoldaşına zəng edərək ərini öldürməklə hədələyib və qadından həbsxanaya gəlməsini tələb edib. İddia olunur ki, qeyri-qanuni yolla qadını içəri keçirən Səlifov onu orada dəfələrlə zorlayıb.

Həmçinin bildirilir ki, Səlifov 6 və 16 saylı İƏM-də, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora, adları istintaq məlum olan 8 qadının gətirilməsinə nail olub. Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları da cəlb etdiyi də qeyd olunur.

Səlifovun vəkilləri bu istintaq işinin qurama olduğunu və Səlifovun cəza müddətini artırmaq məqsədini güddüyünü bəyan ediblər. "Hazırda Gürcüstan və Azərbaycan dövlət qurumları arasında Səlifovun ekstradisiyası məsələsi ilə bağlı yazışma gedir. Biz nəticələri gözləyirik. Prinsip etibarilə Azərbaycan hüquq-mühafizə orqanlarının gürcüstanlı həmkarlarına etiraz etmək üçün əsasları yoxdur", — deyə Təranə Əliyeva qeyd edib.

Öz növbəsində, cinayət aləmi ilə yaxın olan mənbə Sputnik-ə Səlifovun həqiqətən də Rusiya bazarlarına nəzarət etmədiyini bildirib. Mənbənin sözlərinə görə, Səlifovun bazarlara qismən aidiyyəti var.

"O, kifayət qədər çəkiyə malik olmadığı üçün, bazarlara tək nəzarət etmir. Səlifov həmişə kiminsə yanındadır. Yalnız Quliyə məxsus olan bir dənə də böyük obyekt yoxdur. Hazırda mətbuatda müşahidə etdikləriniz kriminal avtoritetlərin nüfuz dairələrini bölüşdürmə cəhdləridir", — deyə mənbə vurğulayıb.

Əlaqədar

Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək
Kriminal aləmdə tarixi ittifaq
Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Teqlər:
Təranə Əliyeva, Rusiya bazarları, kriminal avtoritet, Nadir Səlifov, "Lotu Quli", vəkil, cinayət, həbs

Əsas mövzular