BAKI, 19 avq — Sputnik. Bu gün Bakıda Təhsil Nazirliyinin qarşısında müəllim olmaq istəyən, amma iş tapa bilməyən vətəndaşlar etiraz aksiyası keçiriblər. Sputnik Bizimyol-a istinadən xəbər verir ki, işə qəbul oluna bilməyən kadrlar hüquqularının bərpa olunmasını tələb ediblər.
Etirazçılar bildiriblər ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb. Aksiyada iştirak edən şəxslərin sözlərinə görə, Bakıda və mərkəzi rayonlarında yerləşən təhsil müəssisələrində vakant yerlərin sayı çox az göstərilir.