BAKI, 26 iyul — Sputnik. Bu gün günorta radələrində Şirvan şəhərində "Araz" zavodunda partlayış olub. Bu barədə "Qafqazinfo"ya şəhər sakinləri məlumat veriblər.
Məlumata görə, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb, hazırda güclü yanğın davam edir.
Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur. Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilir.
Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.