Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb

Yük maşını qəzası
Yük maşını qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

BAKI, 13 fev — Sputnik. Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun meyitini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. 

Xəbər lenti
0