Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Banan qabığının möcüzələri də var imiş

© papus666Banan
Banan - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər bananın bir çox faydalarını aşkar ediblər.

BAKI, 12 okt – Sputnik. Mütəxəssislər bananın bir çox faydalarını aşkar ediblər. 

Sən demə bu meyvə qabığının içini ağcaqanad sancdığı yerə sürtdüyümüz zaman, qaşınmanın qarşısını almaq mümkün olur.

Bundan başqa, ayaq nahiyyəsindəki döyənəklərin yumşalması üçün, banan qabığının içini sıyırıb döyənəyin üzərinə qoyub, üstünü sarıyın. 2 saat sonra açıb təmiz su ilə yuyun. Faydasını görəcəksiniz.

Banan qabığı diz ağrılarının keçməsinə də yardımçı olur. Bunun üçün dizlərinizi bu meyvənin qabığı ilə ovmağınız kifayətdir.

Ən dadlı və keyfiyyətli dondurmaları da banandan hazırlaya bilərsiniz. 2 ədəd bananı soyub hissələrə ayırın, 30 dəqiqə buzluqda saxlayın, donmağa az qalmış blenderdən keçirin və üzərinə süd əlavə edin. Sonra da xoşladığınız tamlardan onun üzərinə tökün. Məsələn: şokolad, kakao, vanil, moruq, və s.

Xəbər lenti
0