BAKI, 7 dek — Sputnik. 1875-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub.
Fətəli xan Xoyski əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Ulu babaları Xoy və Şəkinin xanları, atası çar Rusiyasının generalı olub.
F.Xoyski 1906-cı ildə Rusiya imperiyasının II Dövlət Dumasının deputatı seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 — mart 1919) olub, beşinci hökumətdə (dekabr 1919 — aprel 1920) xarici işlər naziri işləyib.
1920-ci ilin iyununda Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.