16:10 06 Dekabr 2016
Canlı yayım
Nüvədi kəndi

Bağışlanmaz siyasi səhv

wordpress.com
Tarixdə Bu Gün
Qısa URL
22 0 0

Zəngəzurun Ermənistana verilməsindən 96 il ötür.

BAKI, 1 dek — Sputnik. 1920-ci il dekabrın 1-də Azərbaycanda bolşevik hökumətinin — Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.

Bundan iki gün öncə — noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xatirinə Zəngəzuru erməniləri verdilər. Bundan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etmiş, Zəngəzur və Qarabağ isə “mübahisəli ərazilər” elan olunmuşdu.

Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.

Əsas mövzular